İmeretidə bir şəxs emalatxanada ayaqqabı düzəldib və onları Adidas loqosu altında satıb - araşdırma
Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən bir şəxsin digərinin əmtəə nişanından qanunsuz istifadə faktı ilə bağlı cinayət işi başlanıb.

“İstintaq müəyyən edib ki, müttəhimin İmereti bölgəsində emalatxanası olub, orada muzdlu şəxslər vasitəsilə qanunsuz olaraq “Adidas” ticarət markası olan idman ayaqqabıları istehsal edib satıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satışa hazırlanmış “Adidas” əmtəə nişanı ilə markalanmış 6000
lari dəyərində 100 cüt idman ayaqqabısı, həmçinin külli miqdarda “Adidas” əmtəə nişanı və xüsusi markalı möhür götürülüb”,
- istintaq xidməti yazır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 196-cı maddəsinin 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan birinci hissəsi ilə aparılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google