Fransada "Respublika uğrunda Birlikdə" prezident koalisiyasından və
solçu "Yeni Xalq Cəbhəsi"dən deputatlığa namizədlər sağçı “Milli
Birlik” partiyasının çox səs toplamasının qarşısını almaq üçün
namizədliklərini geri götürüblər.
Bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
“Hesablamalarımıza görə, 185 namizəd seçkilərdə
iştirakdan imtina edib", - qəzet qeyd edib.
Solçu "Yeni Xalq Cəbhəsi"dən 121, "Respublika uğrunda Birlikdə"
prezident koalisiyasından
60 və digər partiyaların bir neçə
namizədi ikinci turda iştirakdan imtina edib.
Partiyalar ikinci tura namizədlərin yekun siyahılarını çərşənbə
axşamı saat 18:00-a qədər təqdim etməlidirlər.
Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, parlament
seçkilərinin birinci turunda “Milli Birlik” partiyası
respublikaçılar partiyasından olan müttəfiqləri ilə birlikdə 33,15
% səs toplayıb, bununla da onlar parlamentdəki 577 yerdən 270-ni
qazanıblar. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,99%, Emmanuel
Makronun koalisiyası isə 20,04% səs toplayıb. Seçkilərin ikinci
turu iyulun 7-də keçiriləcək.