Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) parlament seçkiləri ilə
əlaqədar xaricdə yaşayan vətəndaşlara müraciət edib.
Bu barədə XİN açıqlama yayıb.
Bildirilib ki, iyulun 3-nə olan məlumata görə, xaricdə konsulluq
qeydiyyatında olan 62,4 min
yetkin Gürcüstan vətəndaşı parlament
seçkilərində səsvermə hüququna malikdir.
"Seçkilərdə səsvermədə iştirak etmək üçün konsulluqda qeydiyyatdan
keçmək mütləqdir. Gürcüstan vətəndaşları 2024-cü il oktyabrın 7-dək
konsulluqda qeydiyyatdan keçməlidirlər", - müraciətdə
qeyd olunub.