Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin
sözlərinə görə, “təəssüf ki,
Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi hazırda tamamilə
dayandırılıb”. Bu barədə o, jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, bu qərarı Avropa İttifaqının liderləri Avropa
Şurasının son iclasında qəbul ediblər.
“İyunun 27-də Aİ liderləri, prezidentləri və baş
nazirləri Brüsseldə görüşdülər və onlar bir sıra mühüm qərarlar
qəbul
etdilər, Aİ-nin gələcək dövr üçün strateji gündəliyini
razılaşdırdılar, Aİ-nin gələcək liderləri ilə Ukraynanın müdafiəsi
haqda razılığa gəldilər və təəssüflə demək istəyirəm ki, onlar da
Gürcüstanın Avropa Birliyinə qoşulması prosesini dayandırmağa
razılaşıblar. Bu, Avropa Şurasının yekun bəyanatında çox aydın
ifadə olunub.
Gürcüstanın hazırkı hakimiyyətinin niyyəti Avropa İttifaqı
liderləri üçün aydın deyil. Xarici Təsir haqqında Şəffaflıq Aktı
açıq şəkildə 9 addımdan geriyə doğru bir addımdır. Həmçinin,
anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına
daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda
Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Bu, həqiqətən də
kədərlidir və ürəkağrıdandır”, - səfir bildirib.