Gürcüstan sərhədini qanunsuz keçmək, keçməyə cəhd etmək, saxta
sənədlərdən istifadə etmək və bütün bunları təşkil etməkdə təqsirli
bilinən 4 Türkiyə vətəndaşı saxlanılıb.
Əməliyyat tədbirində polislə yanaşı, gömrük idarəsinin əməkdaşları
da iştirak edib.
“İstintaqla müəyyən edilib ki, idarə etdiyi yük maşını ilə Türkiyə
Respublikası vətəndaşları “Sarpi” sərhəd-keçid məntəqəsindən yan
keçərək qanunsuz olaraq Gürcüstan ərazisinə gətirməyə cəhd ediblər.
Polis onların üçünü sərhəd-keçid məntəqəsinin ərazisində
saxlayıb.
Patrul Polis İdarəsinin əməkdaşları daha bir Türkiyə Respublikası
vətəndaşını Kutaisidəki Davit Aqmaşenebeli Beynəlxalq Hava
Limanında saxta pasportdan istifadə edərək Gürcüstanı tərk etmək
istəyərkən saxlayıblar", - Daxili İşlər Nazirliyinin
yaydığı məlumatda deyilir.
Saxlanılanlar təqsirli bilinərsə, 8 ilə qədər həbs cəzası
gözləyir.