Fişer: Biz bu mərhələdə Gürcüstanla yeni maliyyə öhdəlikləri götürməmək qərarına gəldik
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, Gürcüstan hökumətinin kursuna görə ölkənin Aİ-yə qoşulması prosesi dayandırılıb.

Bundan əlavə, səfirin sözlərinə görə, Almaniya hazırkı mərhələdə Gürcüstanla yeni maliyyə öhdəlikləri götürməmək qərarına gəlib.

“Gürcüstan Aİ üzvlüyünə namizəddir, lakin biz bu prosesdə, üzvlük prosesində çox çətin məqama gəlib çatdıq, bildiyiniz kimi, Gürcüstan hökumətinin kursu ilə əlaqədar Gürcüstanla üzvlük prosesi

dayandırıldı. Gürcüstanın üzvlük prosesi dayandırılıb, bu, hazırda Avropa İttifaqının siyasətidir.

Biz mümkün qədər tez irəli getməliyik, irəli getmək istəyirik, lakin üzvlük prosesinin sürəti və keyfiyyəti namizəd ölkənin öz əlindədir. Mən Almaniya tərəfdən danışacam və deyim ki, biz Gürcüstanla da münasibətimizi nəzərdən keçiririk, bizim çox uzun və dərin münasibətlərimiz var. ABŞ ilə birlikdə biz Gürcüstan üçün inkişaf əməkdaşlığının ən böyük donorlarından biriyik.

Hazırda Gürcüstanla yeni öhdəliklər götürməmək qərarına gəldik. Ona görə də Almaniya hazırda Gürcüstanla yeni maliyyə öhdəlikləri qəbul etmir. Alman ordusu da “Layiqli tərəfdaş” proqramında iştirakını ləğv edib.

Biz keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməli olan proqramı ləğv etdik. İndi növbəti addımları nəzərdən keçirəcəyik. Biz çox diqqətlə izləyirik və ümid edirik ki, siz bizdə olan müsbət dinamikaya qayıda bilərsiniz. ABŞ ilə birlikdə biz Gürcüstanın ən yaxşı müdafiə tərəfdaşı idik, orada olmaq istəyirik. Biz vəziyyəti izləyirik və müvafiq qərar qəbul edəcəyik”,
- Fişer bildirib.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google