Ukraynada daha bir gürcü döyüşçüsü Zurab İaşvili həlak olub.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi təsdiqləyib.
Ukraynadakı döyüşçü Vano Nadiradzenin sözlərinə
görə, Zurab İaşvili
yaralandıqdan sonra müalicə aldığı Lvov hərbi hospitalında
dünyasını dəyişib.
2022-ci ildə Rusiyanın tammiqyaslı işğalından sonra Ukraynada
60-dan çox gürcü döyüşçüsü həlak olub.