Parlament amnistiya haqqında qanun layihəsini birinci oxunuşda
qəbul edib.
82 deputat qanun layihəsini dəstəkləyib.
“Gürcü Arzusu” seçkiqabağı, payız sessiyası zamanı nəhayət ki,
amnistiyanı qəbul etməyi planlaşdırır.
Layihəyə əsasən, amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş bir
sıra cinayətlərə, xüsusən də Gürcüstan Cinayət Məcəlləsinin yetmişə
qədər maddəsində nəzərdə tutulmuş cinayətlərə şamil ediləcək.
Bundan əlavə, təqribən 225 maddə üzrə cəza 1/6 nisbətində
azalacaq.
Amnistiya qəsdən adam öldürmə, narkotik alveri, seksual xarakterli
cinayətlər, quldurluq, terrorizm, korrupsiya və vəzifəli şəxslərin
cinayətləri, mütəşəkkil cinayətkarlıq, adi cinayətlər və digər ağır
və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil
edilməyəcək.
“Gürcü Arzusu” amnistiya layihəsinin “balanslaşdırılmış” olduğunu
iddia edir.