Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 4 aylıq məhsullar
üçün ümumi dəyəri 324 260 lari olan 8 tender elan edib.
Birlik 21 767 lariyə keşniş, şüyüd, cəfəri və yumurta almağı
nəzərdə tutur.
69 835 lari qatılaşdırılmış süd, xama, yağ, kəsmik, pendir və
qatığın alınması üçün nəzərdə tutulub.
67 677 lariyə çörək, peçenye, şəkər, kakao, vermişel,
makaron, çay,
duz, xəmir mayası və yemək sodasının alınması planlaşdırılır.
Ətin alınması üçün 99 904 lari ayrılıb.
“Mal əti (yumşaq) 2 240 kq – təzə mal əti, donmamış,
yüksək kateqoriyalı, çəhrayı, xoşagəlməz qoxusu olmasın.
Mal əti (sümüklü) 448 kq – təzə mal əti, donmamış, yüksək
kateqoriyalı, çəhrayı, xoşagəlməz qoxusu olmasın. Ət yeni kəsilmiş
olmalıdır. Mikrobioloji, fiziki-kimyəvi və sanitar gigiyenik
göstəriciləri qida təhlükəsizliyinin tələblərinə uyğun olmalıdır.
Toyuq filesi 4 032 kq – A kateqoriyalı dondurulmuş toyuq filesi,
geni dəyişdirilmiş əlavələr olmamalıdır. Dondurulmuş quru qaydada,
möhkəm dondurulmuş, xoşagəlməz qoxusu
olmamalıdır”.
68 835 lari – qarabaşaq, düyü, kartof, çuğundur, sarımsaq, kök,
soğan, lobya, noxud, kələm, alma, banan.
19 264 lari 1 792 kiloqram dondurulmuş balıq almaq üçün nəzərdə
tutulub.
“Balıq – Xek tez dondurma qaydası ilə dondurulmalıdır
(18 dərəcə), başsız, içalatlı.
Rəng, qoxu və dad öz növünə uyğun olmalıdır. Mexaniki
çatışmazlıqlar, selik olmamalıdır. Hər balığın çəkisi ən az 250
qram olmalıdır”.
5 975 – buğda unu, qarğıdalı unu, manna yarması, yulaf.
39 838 – tomat pastası və natural meyvə şirəsi, şəkərsiz
konservatlar və əlavələr olmadan.
“12 320 litr meyvə şirəsi – təbii, şəkərsiz. Qüvvədə olan standart
tələbini qorumaqla hazırlanmalıdır. Kağız paketlərdə, xüsusi
işarələmə ilə üyüdülmüş olmalıdır. Tərkibi, hazırlanma və
yararlılıq müddəti qeyd olunmalıdır.
Tomat pastası 235 kq.
“Göndərilən partiya yüksək keyfiyyətli olmalı, tərkibində insan
orqanizmi üçün təhlükəli olan nişasta və qida əlavələri olmamalıdır
(emulqatorlar, konservantlar, digər kimyəvi maddələr və boyalar
şəklində, müvafiq etiketlə şüşə qablara
qablaşdırılmalıdır).”
Tenderlərdə qalib gələn şirkətlər 2024-cü ilin sentyabr ayından
dekabr ayına qədər Marneuli uşaq bağçalarına tələb olunan
məhsulları təqdim etməli olacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415