Gürcüstan hökuməti ABŞ-yə münasibətləri bərpa etməyi təklif edir.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat
konfransında bildirib.
“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəlik
təklif etmək istəyirik, bu isə yeniləmə deməkdir. Son üç-dörd ildə
bu münasibətlərin nə qədər pisləşdiyi məlumdur. Bu fonda
münasibətlərin yenidən qurulmasına ehtiyac var”, - o
vurğulayıb.
Baş nazir bildirib ki, ölkə hökuməti ABŞ-nin bu istiqamətdə
praqmatik qərarlar qəbul edəcəyini gözləyir.