"Rus qanunu"na etiraz olaraq polis tərəfindən döyülən amerikalı
vəkil Ted Conas məhkəmə tərəfindən 2000 lari cərimələnib.
Tbilisi Şəhər Məhkəməsinin hakimi Lela
Tsaqareişvili qərarı dünən,
iyulun 24-də elan edib.
Ted Conas İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq)
və 173-cü (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri
ilə cinayət törətmiş şəxs kimi tanınıb.