Gürcüstan əhalisinin 63%-i ölkənin yanlış istiqamətdə, 37%-i isə
düzgün istiqamətdə inkişaf etdiyini düşünür.
Bu, ictimai rəyi öyrənən Edison Araşdırması şirkətinin
nəticələridir.
Son üç sorğuya görə, ölkənin yanlış istiqamətdə inkişaf etdiyini
düşünənlərin sayı artıb. Dekabrda onların sayı 57%, apreldə 59%
təşkil edib.
Ölkənin yanlış istiqamətdə inkişaf etdiyini düşünənlərin nisbəti
25-34 yaş qrupunda ən yüksəkdir - 72%.
18-24 yaş qrupunda bu
göstərici 71% təşkil edir. Hər bir yaş qrupunda ölkənin yanlış
istiqamətdə inkişaf etdiyini düşünənlər üstünlük təşkil edir.
İctimai rəy sorğusu “Formula” televiziyasının sifarişi ilə
beynəlxalq araşdırma şirkəti olan Edison Araşdırması tərəfindən
aparılıb.