Edison Araşdırması-nın ictimai rəy sorğusuna əsasən, əhali ən
çox Salome Zurabişvili və Qiorqi Marqvelaşvilini (63-63%),
reytinqdə Nino Lomcarianı (48%), daha sonra Tina Bokuçava və Qiorqi
Vaşadzeni (41-41%) bəyənir.
Reytinqdə sonrakı yerləri Nika Qvaramia, Şalva Natelaşvili və Kaxa
Kaladze (40-40%), Zura (Qirçi) Caparidze, Qiorqi Qaxaria (39-39%)
tutur.
İctimai rəy sorğusunu Formula TV-nin sifarişi ilə nüfuzlu
beynəlxalq araşdırma
şirkəti Edison Araşdırması aparıb.
Tədqiqat çərçivəsində Gürcüstanda yaşayan 18 və daha yuxarı yaşda
olan 1000 səsvermə hüququna malik şəxslə üzbəüz sorğu üsulu ilə
təsadüfi seçmə yolu ilə müsahibə aparılıb.
Səhv marjası Gürcüstan üçün +/- 2,5% və Tbilisi üçün +/- 2,5%, 95%
etimad intervalındadır. Sahə işləri 11-24 iyul tarixləri arasında
aparılıb.