Danimarka Gürcüstana dörd illik hərbi yardım proqramını dayandırıb - Teona Akubardia
Danimarka Gürcüstana dörd illik hərbi yardım proqramını dayandırıb. Bu barədə jurnalistlərə parlamentin müstəqil deputatı Teona Akubardiya məlumat verib. Deputat Danimarka Xarici İşlər Nazirliyindən aldığı məktuba əsaslanıb.

"Birbaşa yazılıb ki, Avropa Komissiyasının qərarından sonra Danimarka Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxmağa başlayıb və Gürcüstan hökuməti ilə planlaşdırılan bir sıra fəaliyyətləri və yeni proqramlara dəstəyi dayandırıb", - Teona Akubardiya bildirib.

Hərbi yardım proqramı 2023-cü ildə başlayıb. Onun həcmi 71,5 milyon Danimarka kronu olub ki, bu da 28 milyon laridən çoxdur. Proqram çərçivəsində treninqlər, seminarlar, konfranslar və digər tədbirlər nəzərdə tutulmuşdu.

Danimarka Xarici İşlər Nazirliyi proqramın dayandırılmasını Avropa İttifaqı Şurasının 2024-cü il iyun tarixli qərarına əsasən izah edir, ona əsasən, “Agentlər haqqında qanun”un qəbul edilməsi ilə əlaqədar olaraq, Gürcüstana maliyyə yardımı məsələsinə baxılacaq.

"Danimarka Gürcüstan hökumətini Avro-Atlantik yola qayıtmağa və Danimarka ilə Gürcüstan arasında güclü ikitərəfli əlaqələrin əsasını təşkil edən Aİ islahatlarının gündəliyinə əməl etməyə çağırır", - Danimarka Xarici İşlər Nazirliyinin Teona Akubardiya məktubunda deyilir.


Beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, mayın 28-də Gürcüstan parlamenti prezidentin “Agentlər haqqında qanun”a veto qoymasını dəf edib. Bu qanun ölkənin strateji tərəfdaşlarından maliyyə alan bütün qeyri-hökumət və media təşkilatlarını xarici təsir maraqlarının daşıyıcısı elan edir.

Qanunun qəbulundan sonra Gürcüstana yardımın bir hissəsi artıq Avropa İttifaqı tərəfindən dayandırılıb və ABŞ hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

“Agentlər haqqında” qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsində üç iddia qaldırılıb: biri prezident, ikincisi bu qanunun təsirinə məruz qalan qeyri-hökumət və media qurumları, üçüncüsü isə müxalifət partiyaları tərəfindən.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google