Bu gün Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparılıb.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Rusiyada həbsdə saxlanılan ABŞ-nin məşhur “Wall
Street journal” nəşrinin müxbiri Evan Gerşkoviç və rusiyalı
məhbuslar bu gün sərbəst buraxılıb.
30 nəfərlik siyahıda başqa məşhur şəxslərin də olduğu
bildirilir.
Qeyd edilib ki, mübadilə Türkiyənin Milli Kəşfiyyat
İdarəsinin
(MİT) vasitəçiliyi ilə baş tutur.
"Bu, tərəflər arasında "soyuq müharibə"dən sonra ən
böyük məhbus mübadiləsidir. Bundan öncəki mübadilə 14 nəfəri əhatə
edib", - deyə məlumatda vurğulanıb.