Xüsusi İstintaq Xidmətinin məlumatına görə, Daxili İşlər
Nazirliyinin Mühafizə Polis İdarəsinin inspektoru zorakılıq və
hədə-qorxu ittihamı ilə saxlanılıb.
Qurumun yaydığı məlumatda bildirilir ki, istintaq müəyyən edib ki,
2024-cü il avqustun 6-da Duşeti rayonunun Zemo Bulaçauri kəndində
təqsirləndirilən şəxs zərərçəkmişin üz və baş nahiyəsinə xəsarət
yetirib, onu və uşaqlarını öldürməklə hədələyib.
“Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadınla əlaqə
saxladıqdan sonra təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri
həyata keçirib, bundan sonra 2024-cü il avqustun 7-də
hüquq-mühafizə orqanlarının əməkdaşı zorakılıq və hədə-qorxu ilə
ittiham edilərək saxlanılıb”.
Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.