Baş nazir, Tbilisi meri, çoxluğun liderləri avqust müharibəsi,
müharibənin 16-cı ildönümü ilə bağlı bu gün, avqustun 8-də yazılar
dərc ediblər.
Baş nazir İrakli Kobaxidze Facebook sosial şəbəkəsində - Avqust
müharibəsindən 16 il ötür - təsvirsiz foto dərc edib.
Həmçinin çoxluğun lideri Mamuka Mdinaradze yalnız foto
paylaşıb.
Kaxa Kaladzeyə gəlincə, onun postunda, yəni Rusiya-Gürcüstan
müharibəsi ilə bağlı bu il də Rusiya sözü çəkilmir.
Məlumat üçün bildirək ki, Kaladze Avqust müharibəsi ilə
bağlı keçən
ilki yazıda da Rusiyanın adını çəkməyib.
“Müharibəyə qurban gedən dinc əhali və qəhrəman əsgərlərimiz,
minlərlə məcburi köçkün ailəsi, kimsəsiz kəndlər, itirilmiş
ərazilər, tərk edilmiş dədə-baba məzarları, mühacirətdə doğulan
uşaqlar - avqust müharibəsinin dəhşətli nəticələri 16 ildir ki,
ölkəmiz üçün açıq yara olaraq qalır.
İşğal olunmuş ərazilər Gürcüstanın suverenliyi və onun gələcək
inkişafı üçün əsas çağırışdır ki, bu da dinc, inkişaf etmiş,
iqtisadi cəhətdən güclü dövlətin qurulmasını nəzərdə
tutur”, - Kaladze yazıb.
2008-ci ilin avqust müharibəsindən 16 il keçir.
2008-ci ilin avqust müharibəsində 228 mülki gürcü və 14 polis
əməkdaşı həlak olub.
Müdafiə Nazirliyinin son məlumatına görə, 169 hərbçi həlak olmuş
sayılır.
Müharibə zamanı 1747 nəfər yaralanıb. 150 minə yaxın insan evlərini
tərk edib.