Polis Şida Kartlidə 15 yaşlı qızı 74 yaşlı kişini öldürməkdə
ittiham edərək saxlayıb. DİN-dən verilən məlumata görə, DİN-in Şida
Kartli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü Q.K.
qəsdən adam öldürmə maddəsi ilə saxlanılıb.
Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs
Xaşuri bələdiyyəsində 1950-ci il təvəllüdlü Z.L.-nin bədəninə soyuq
silahla xəsarətlər yetirib, bundan sonra hadisə yerindən
gizlənib.
Aldıqları xəsarətlər nəticəsində yaralı yerindəcə keçinib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.K.-nı isti izlərlə
saxlayıb. Polis cinayət silahını - bıçağı sübut kimi götürüb.
Qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci
maddəsi ilə cinayət işi açılıb”, - məlumatda
deyilir.