Rusiya Xarici Kəşfiyyat Xidməti: ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır
ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirir.

“Tbilisi Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək.

Həmçinin, ABŞ hakim “Gürcü arzusu”nun

seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır",
- deyə məlumatda qeyd edilib.

Bildirilib ki, amerikalılar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdırlar və ölkədə “rəngli inqilab” hazırlayırlar.

“Daxil olan məlumatlara görə, Ağ Ev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyətin inkişafından son dərəcə narazıdır”, - deyə məlumatda qeyd olunub.
Mənbə: report.az

Print ელ. ფოსტა
თეგები: ABŞ Gürcüstan
FaceBook Twitter Google