Tbilisidə Ədliyyə Nazirliyinin binasının həyətində gənc qadının
meyiti tapılıb.
Hadisə dünən, avqustun 27-də baş verib və bu gün mediaya məlum
olub.
30 yaşlarında olan qadın nazirliyin əməkdaşıdır. Ehtimallardan
birinə əsasən, o nazirliyin binasından yıxılıb.
“Ədliyyə Nazirliyi Nazirliyin əməkdaşının faciəvi ölümü
ilə bağlı öz kədərini bildirir, ailəsinə, yaxınlarına və
əməkdaşlarına başsağlığı verir”, - deyə Ədliyyə
Nazirliyinin məlumatında
deyilir.
Daxili İşlər Nazirliyi intihara səbəb olma maddəsi ilə
araşdırmalara başlayıb. İlkin mərhələdə cinayətin izi qalmayanda
istintaq məhz bu maddə ilə başlayır.