Marneulidən "1+4" proqramı ilə 30 tələbə qrant qazanıb
Marneulidən Vahid Milli İmtahanlar ilə universitetlərə “1+4” proqramı çərçivəsində 385 məzun qəbul olub.

Yerli Resurs Mərkəzin verdiyi statistikaya görə, 27 məzun 100%-lik qrant qazanıb. Marneulinin 11 ictimai məktəbinin məzunları qrant əldə ediblər.

  • Marneuli Əzizkəd ictimai məktəbi
  • Marneuli Algeti kənd 2 saylı ictimai məktəbi
  • Ağməmmədli kənd ictimai məktəbi
  • Daştəpə kənd ictimai məktəbi
  • Təkəli kənd ictimai məktəbi
  • Sadaxlı kənd 1 saylı ictimai məktəbi
  • Sadaxlı kənd 2 saylı ictimai məktəbi
  • Qullar kənd ictimai məktəbi
  • Qırmızıkənd ictimai məktəbi
  • Marneuli şəhər 1 saylı ictimai məktəbi
  • Qaçağan 2 saylı ictimai məktəbi
  • Təzəkənd 1 saylı ictimai məktəbi


"1+4" proqramı nədir?

2010-cu ildən etnik azlıq nümayəndələri Gürcüstanda sadələşdirilmiş qaydada ali təhsil almaq imkanı əldə ediblər. Sadələşdirilmiş sistem – 1+4 proqramı erməni, azərbaycanlı, abxaz və osetin dilləri üzrə ümumi bacarıq imtahanından keçməyi və müvafiq ballar toplandıqda ali təhsil almaq imkanını nəzərdə tutur. Gənclər gürcü dili üzrə 1 illik hazırlıq kursu keçirlər və bundan sonra 60 kredit topladıqları halda istədikləri fakültədə təhsillərini davam etdirirlər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123