Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstan parlamentini “Ailə
dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında
qanunu ləğv etməyə çağırıb.
Bu barədə o, “Twitter” platformasındakı paylaşımında bildirib.
“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik
yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu
da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkiliyi
artıracaq. Mən Gürcüstanı bu qanunu geri götürməyə çağırıram. Bu,
ölkənin Aİ yolundan daha da uzaqlaşmasına səbəb olur”
- deyə Borell vurğulayıb.
Qeyd edək ki, Gürcüstan parlamenti LGBT təbliğatına qarşı olan
"Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi
haqqında" qanun qəbul etmişdi.