Kvemo Kartlinin 6 məktəbində bu il birinci sinif yoxdur
Kvemo Kartlinin 6 məktəbində bu il birinci sinif yoxdur.

Bu barədə “Marneuli” radiosu yerli Təhsil Resurs Mərkəzindən məlumat alıb.

Dmanisi Təhsil Resurs Mərkəzinin rəhbəri bizimlə söhbəti zamanı bildirdi ki, bələdiyyədə birinci sinfi olmayan 2 məktəb var – Ququti və Qızılhacılı kənd məktəbləri.

Bu il Tsalkanın bir məktəbində birinci sinfə heç bir şagird qeydiyyatdan keçməyib.
Həmin bələdiyyənin Təhsil Resurs Mərkəzinin rəhbərinin sözlərinə görə, Daşbaş kəndində birinci sinif şagirdi yoxdur. Məktəb şagirdlərinin sayı isə həmin kənd məktəbində cəmi 7 nəfərdir.

Marneulidə bu il birinci sinfi olmayan üç məktəb var. Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadzenin sözlərinə görə, Sioni, Tserakvi və Ağqula ictimai məktəbləri birinci sinfə şagird qəbul etməyib.

Bolnisi və Qardabani Resurs Mərkəzlərin nümayəndələri bildiriblər ki, onların bələdiyyələrində birinci sinfi olmayan məktəb yoxdur.

Kvemo Kartlinin daha bir bələdiyyəsinin – Tetritskaro Resurs Mərkəzinin nümayəndəsi bizə məlumat vermədi və Təhsil Nazirliyinin Mətbuat Mərkəzinə yönləndirdi.

“Marneuli” radiosu bələdiyyələrin Resurs Mərkəz nümayəndələrindən birinci siniflərin olmamasının əsas səbəbini soruşdu. Buna əsas səbəb olaraq kənddən köçmək, miqrasiya məsələləri qeyd olundu.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123