“Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Narzalov siyasətə
qoşulur.
O, Parlament seçkilərində “Vahid Milli Hərəkat” partiyasının
proporsional siyahısında yer ala bilər.
Ceyhun Narzalov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
ölkədə baş verən siyasi hadisələrə və “agentlər” qanununa görə
siyasətə qoşulur. Onun buna qərar verməsi asan olmayıb.
“İndiyə qədər mənim özümün planlarım var idi. Amma bu
gün ölkədə baş verən siyasi vəziyyət, dövlətin seçdiyi strategiya,
hansı ki, qanun layihələri, qeyri hökumət təşkilatları ilə bağlı
olan qanun, nə bilim agentlər haqqında olan qanun, bir çox şeylər
var ki, məni bu yolu seçməyə məcbur etdi. Çünki mən gördüm ki, tək
jurnalistikada və mənim özümün təsis etdiyim “Qırmızı Körpü”
təşkilatımda irəli getmək olmur. Bu gün mənim mübarizəmin ən vacib
və əsas nöqtəsi siyasətə qoşulmağımdır. Buna görə də qərara gəldim
ki, mənə edilən təklifi dəyərləndirim. Sözün düzü, bundan qabaq
başqa partiyalardan da təkliflər gəlmişdi. Razılaşmadım. Daha sonra
çox fikirləşdim, mənim üçün çox çətin idi ki, illər boyunca sərmayə
qoyduğum bir peşəni tərk edib, başqa bir sahəyə keçim. Başqa sahəyə
keçmək mənim üçün çox ağır məsələdir. Mənə mane olan bir çox
məsələlər var idi. Asan deyildi. Ona görə də düşündüm ki, belə bir
yolda mübarizə aparım. Bu seçkidə elə bir mübarizə gedir ki, vətən
üçün, xalq üçün son gücünü qoymalısan. Mən dedim ki, vətənin
xeyrinə, Gürcüstanımız üçün, Azərbaycan dilli xalqın hüquqlarının
qorunması üçün bunu qəbul etməliyəm. Çünki imkan var ki, o
insanların səsi daha yüksəklikdən, Parlamentdən
gəlsin”.
Narzalovun dediyinə görə, ona “Vahid Milli Hərəkat” partiyasından
təklif gəlib və o, da bu təklifi artıq dəyərləndirib. Yaxın
günlərdə bununla bağlı son qərarı verəcək.
“Hakim partiyadan təklif gəlsə də, oranı heç bir zaman
seçməzdim. Oradan mənə heç bir təklif gəlməyib. Amma əvvəllər başqa
partiyalardan təkliflər gəlmişdi və onlarla razılaşmadım.
Bilirsiniz ki, digər partiyalarda arıq nümayəndələr var. Bu
“Lelo”dur, “Axali”dir. Bizim Aqil kimi qardaşımız var. Çox dəyər
verdiyim, hörmət eylədiyim bir şəxsdir. O, mənim üçün nümunəvi bir
gəncdir. Dəyər verdiyim və hörmət etdiyim bizim qardaşımız Oqtay
var. Qaxarianın partiyasının da fərqli bir siyasəti var. Hər bir
halda keçmişdə ölkə üçün yaxşı işlər görmüş 5 nömrə olan “VHM”
partiyasının işlərini də nəzərə aldım və yekunda bu partiyaya
qoşulmağı düşündüm. Artıq qoşulmaq ərəfəsindəyəm. Hələ ki
müzakirələr davam edir. Mənim razılığım var, amma yekun qərarı
verməmişəm. Yaxın günlərdə yekun qərarım haqqında ictimaiyyətə
məlumat verəcəyəm. Hansı sıralarda olmağımla bağlı hələ ki partiya
ilə danışıqlarımız gedir”.
Ceyhun Narzalovun bildirdiyinə görə, o, hələ jurnalist olaraq
çalışır. Siyasətə qoşulacağı təqdirdə jurnalist peşəsini tərk
edəcək.
“Təbii ki, siyasətçi olduğum halda jurnalistikanı
buraxmaq məcburiyyətindəyəm. Həm jurnalist, həm də siyasətçi ola
bilmərəm. Amma hələ ki, jurnalistəm. Qaldı ki, qeyri hökumət
təşkilatımın rəhbəri kimi qalmağım, ölkənin siyasətinə, keçiriləcək
seçkilərə bağlıdır. Böyük ehtimalla, Allahın köməkliyi ilə bu
hakimiyyət dəyişəcək. Hakimiyyət dəyişəndən sonra da o qanun da
ləğv olunacaq. Qanun ləğv olunandan sonra QHT-lərin həmişəki imici
geri qayıdacaq. Mən də əlimdən gələni edəcəyəm ki, misal üçün o cür
təşkilatlar fəaliyyətlərini dayandırmasın. Onlardan biri də
“Qırmızı körpü”dür. Bizim gənclərimizin inkişaf etməsində QHT-lər
müsbət rol oynamışdır”.
Qeyd edək ki, bu ilin oktyabr ayının 26-da Gürcüstanda Parlament
seçkiləri keçiriləcək. Artıq siyasi partiyalar görüşlərə
başlayıblar və proporsional siyahılarını da paylaşıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415