Artıq dövlət qulluqçularının əmlak bəyannaməsi dərhal ictimaiyyətə açıqlanmayacaq

Mayın 29-da, prezidentin “Agentlər haqqında” qanuna vetosunu aradan qaldırdıqdan sonra ikinci gün Gürcüstan parlamenti “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edib.



Səsvermədə “Gürcü arzusu”nun 71 deputatı, “Xalqın gücünün” 9 üzvü və “Avropa sosialistləri”nin bir nümayəndəsi iştirak edərək qanun layihəsini dəstəkləyib.
Qanuna edilən bu dəyişikliklərdən əvvəl prezidentin, baş nazirin, nazirlərin, hakimlərin və digər dövlət məmurlarının bəyannamələri təqdim edildikdən

sonra 48 saat ərzində Korrupsiyaya qarşı Mübarizə Bürosunun saytında açıq şəkildə dərc olunurdu. Parlament bu qaydanı dəyişərək yüksək vəzifəli məmurların bəyannamələrinin doldurulduqdan 60 gün sonra belə açıqlanmamasına şərait yaradıb.

Dəyişikliyə əsasən, Korrupsiyaya qarşı mübarizə bürosunun əməkdaşları bəyannamənin doldurulmasından sonra bir ay müddətində dövlət qulluqçusuna səhv barədə məlumat verəcək və məlumatların dəyişdirilməsi üçün onlara bir ay vaxt verəcək. Qanun büro əməkdaşına iradlarla bağlı 30-cu gündə dövlət qulluqçusuna məlumat vermək imkanı verir və həmin nöqsanları aradan qaldırmaq üçün vəzifəli şəxsə bir ay vaxt verilir.

Bundan əlavə, parlament qanuna yazıb ki, qüsurun aşkar edilməsi və aradan qaldırılması iki ay belə davam edə bilən müddət ərzində “bəyannamənin açıqlanmasına və ya orada əks olunmuş məlumatların ictimai məlumat kimi verilməsinə yol verilmir”.

Dövlət məmurlarının bəyannamələrini dərc edən Korrupsiyaya Qarşı Mübarizə Bürosunun internet saytı jurnalistlər üçün mühüm resursdur. Orada yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin gəlirləri dərc olunur. Məsələn, bu saytda dərc olunan sənəddən məlum olub ki, keçmiş baş nazirə atası tərəfindən 180 min lari verilib.

7 sentyabr 2024-cü il tarixindən sonra Korrupsiyaya Qarşı Mübarizə Bürosunun saytında yeni bəyannamə dərc olunmayıb. Sayta daxil olarkən istifadəçiyə sentyabrın 9-dan bəyannamənin təqdim edilməsi və dərc edilməsi prosedurunun dəyişdiyini bildirən yazı görünür.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google