ABŞ prezidenti Co Bayden sentyabrın 25-də Nyu-Yorkda ənənəvi
qəbulda dünya liderlərini və BMT-nin yüksək səviyyəli rəsmilərini
qəbul edəcək.
“Amerikanın Səsi”nin bildirdiyinə görə, BMT Baş Assambleyasında
Gürcüstan nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze
əvvəlcə prezidentin qəbuluna dəvət olunanlar siyahısında olub,
lakin Bayden administrasiyası dəvəti ləğv edib. Yüksək səviyyəli
administrasiya rəsmisi və konqresdəki digər mənbə Amerikanın Səsinə
dəvətin ləğvini
təsdiqləyib.
Bundan əlavə, administrasiya baş nazirin dəvətini ləğv etməklə
yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş
nazir Kobaxidze, eləcə də Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri
Ceyk Sallivanla görüşdən də imtina edib.
Bu barədə “Amerikanın Səsi”nə danışan ABŞ administrasiyasının digər
yüksək rütbəli rəsmisi əlavə edir ki, “Gürcüstan hökumətinin son
hərəkətləri və bəyanatları demokratiyaya və gürcü xalqının
iradəsinə sarsıdıcı hörmətsizlikdən xəbər verir”. Bununla belə, o,
ayrı-ayrı diplomatik müzakirələrin təfərrüatları barədə
danışmayacağını deyib.
“Amerikanın Səsi” onu da öyrənib ki, bu addımın səbəbi Gürcüstan
hökumətinin anti-demokratik davranışı və bir sıra addımlar, o
cümlədən qondarma Xarici agentlər haqqında qanunun qəbulu,
antikorrupsiya bürosunun qeyri-hökumət təşkilatlarına –
“Transparency International Georgia” və “Seçin Avropa”ya qarşı
addımı, o cümlədən müxalifət partiyalarının fəaliyyətinə qadağa
qoyulması ilə bağlı hakim qüvvənin bəyanatlarıdır. “Amerikanın
səsi”nin məlumatına görə, Gürcüstan hökuməti ilə son ünsiyyət
Tbilisinin öz kursunu dəyişəcəyinə ümid verməyib, əksinə, Gürcüstan
hökumətinin hərəkətləri əmin edir ki, o, Gürcüstanın Avroatlantik
inteqrasiyasına və gürcü xalqının iradəsinə məhəl qoymamaqda
qərarlıdır”, - “Amerikanın Səsi” yazıb.