Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baş nazir İrakli
Kobaxidzenin Bayden administrasiyasının rəsmi qəbulunun dəvətliləri
siyahısından çıxarılmasını təsdiqləyib.
Parlament sədri jurnalistlərə açıqlamasında Bayden
administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və
Gürcüstanın daxili siyasətinə müdaxilə cəhdi olduğunu qeyd
edib.
“Özlərinin göndərdikləri dəvəti ertəsi gün geri
götürdülər. Bu cür davranış ümumiyyətlə qeyri-ciddidir.
Administrasiya tərəfindən gördüklərimiz, ilk növbədə, Amerika və
onun xalqına qarşı təhqirdir. Digər tərəfdən, bəzən bu cür
hərəkətlər nə qədər anlaşılmaz olsa da müxalifətin vəziyyətinin
birbaşa göstəricisidir. Müxalifətin vəziyyəti o qədər acınacaqlıdır
ki, hətta ABŞ administrasiyası müxalifətə danışmağa mövzu vermək
üçün heç bir standartdan aşağı hərəkətdən çəkinmir. Təəssüf ki, bu
da ölkənin daxili siyasətinə müdaxilənin təzahürlərindən biridir.
İllərdir ki, ABŞ administrasiyası bizi strateji tərəfdaş
adlandırır, onlar heç olmasa gürcü xalqından qonaqpərvərliyi
öyrənməlidirlər”, - deyə Şalva Papuaşvili
bildirib.