Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İranın
İsrailə hücumunu pisləyib.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen
bəyanat yayıb.
"İranın İsrailə qarşı dünənki ballistik raket hücumunu
ən sərt şəkildə qınayıram. Bu cür hərəkətlər onsuz da son dərəcə
qeyri-sabit vəziyyətdə olan gərginliyi artırır və regional
sabitliyi təhdid edir. Mən bütün tərəfləri günahsız mülki
insanların həyatını qorumağa çağırıram. Avropa İttifaqı Livan
sərhədində və Qəzzada atəşkəs elan edilməsini və bir ilə yaxındır
ki, bütün girovların azad edilməsini tələb etməkdə davam
edir" - deyə bəyanatda bildirilib.