Marneuli yerli özünüidarəsi “Pila 2010” MMC ilə 714 261 lari
dəyərində sadələşdirilmiş müqavilə bağlayıb.
Müqaviləyə əsasən şirkət bələdiyyədə 14 park, uşaqlar üçün əyləncə
meydanı, çardaq və məşq üçün açıq məkan yaratmalıdır.
Layihələrin həyata keçirilməsi üçün meriyaya vəsaiti Gürcüstan
hökuməti verib. Layihələr “Vətəndaş iştirakı inkişafına dəstək”
təşəbbüsü çərçivəsində maliyyələşdirilib. Təşəbbüsə əsasən,
Gürcüstanın 54 bələdiyyəsi üçün vəsait ayrılıb,
bələdiyyələrdə
həyata keçirilməli olan layihələri əhali özü seçməli idi.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Xidmətindən bildirirlər
ki, bu mövzu ilə bağlı meriyanın nümayəndəsindən müsahibə ala
bilmərik. Əhali ilə məsləhətləşmələrin harada və nə zaman
keçirildiyi ilə bağlı suala yalnız yazılı cavab verə bilərlər.
Bizdən xahiş etdilər ki, yazılı müraciət edək, bu isə meriyadan
güman ki, 10 gündən sonra cavab ala biləcəyimiz deməkdir.
Qeyd edək ki, Marneuli meriyası veb-səhifədə və ya sosial şəbəkədə
əhali ilə məsləhətləşmələr haqqında məlumat paylaşmamışdı.
Dövlət Alqı-Satqı Agentliyi tərəfindən Marneuli meriyasına verilmiş
icazəyə uyğun olaraq, “Vətəndaş iştirakının inkişafına dəstək”
təşəbbüsü ilə məntəqələrdə əhali ilə məsləhətləşmələr keçirildiyinə
görə, həyata keçiriləcək layihələr çoxdur, onların gecikməməsi üçün
sadələşdirilmiş qaydada müqavilə bağlanmalıdır.
“Müraciətlərdən aydın olur ki, Gürcüstan dövlət büdcəsi
ilə nəzərdə tutulmuş Gürcüstanın regionlarında həyata keçiriləcək
layihələr fondundan “Vətəndaş İştirakının İnkişafına Dəstək”
təşəbbüsü çərçivəsində maliyyələşdiriləcək layihələrin seçimi
vətəndaşların iştirakına dəstək prinsipinə əsaslanır. Bunun üçün
məntəqələrdə əhali ilə məsləhətləşmələr aparılır, vətəndaşlar
özləri həyata keçiriləcək layihələr haqqında qərar qəbul
edirlər”, – dövlət Alqı-Satqı Agentliyinin qərarında
qeyd olunub.
Marneuli meriyasına məsləhətləşmələri vətəndaşlarla yerli
özünüidarənin nə zaman və harada keçirdiyi ilə bağlı sualımıza
cavab vermələri üçün artıq rəsmi məktubla müraciət etmişik.
Qanunvericiliyə görə, məlumat təcili surətdə və bizim tələb
etdiyimiz məlumatın hazırlanmasına zaman lazımdırsa, 10 gün
müddətində verilməlidir.
Gürcüstan hökumətinin qərarına görə, “Gürcüstanın Regionlarında
Həyata Keçiriləcək Layihələr Fondundan” 20 000 000 lari ayrılıb.
Həmin vəsait 54 bələdiyyəyə bölünüb. Marneuli meriyası hökumətin
ayırdığı vəsaitdən 756 716 lari əldə edib.
Meriyanın sadələşdirilmiş qaydada aldığı layihələrin siyahısını
sizə təqdim edirik:
- Qudiaşvili küçəsində uşaq meydançasının
salınması
- Marneuli şəhərində, Sayat Nova küçəsində uşaq
meydançasının salınması
- Marneuli şəhəri Rustaveli küçəsi 59 a/b-də uşaqlar üçün
məkanın yaradılması
- Marneuli şəhəri 26 may küçəsi 66-da uşaq meydançasının
salınması
- Marneuli şəhəri Rustaveli küçəsi 5 ünvanında
trenajorların quraşdırılması
- Algeti kəndində parkda məşq üçün vasitələrin
quraşdırılması
- Marneuli şəhəri Aleksandre Kazbeki küçəsində parkın
salınması
- Marneuli şəhərində “SMP” məhəlləsində uşaq
meydançasının salınması
- Marneuli şəhərinin Bakı küçəsində məşq üçün
trenajorların quraşdırılması
- Marneuli şəhəri Rustaveli küçəsi 11-də çardağın
quraşdırılması
- Marneuli şəhəri Rustaveli küçəsi 114-də uşaq
meydançasının salınması
- Marneuli şəhəri 26 may küçəsində uşaq meydançasının
salınması
- Marneuli şəhəri Qoqebaşvili küçəsində trenajorların
quraşdırılması
- Marneuli şəhərində hərbi şəhərcikdə trenajorların
quraşdırılması
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415