ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər
ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz
vətəndaşlarına xəbərdarlıq edib.
Bununla bağlı səfirliyin müraciəti yayılıb.
“ABŞ vətəndaşlarına 26 oktyabrda keçiriləcək parlament
seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması
ehtimalına görə ehtiyatlı olmağı və diqqətli olmağı
xatırladırıq.
Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq edilmədən
aksiya iştirakçılar, hakimiyyət tərəfdarları və polis arasında
qarşıdurmalar, zorakılıq baş verə bilər”, - ABŞ
səfirliyinin müraciətində qeyd edilib.
Xatırldaq ki, bundan öncə Gürcüstan hakimiyyəti seçkilərdən sonra
Qərbyönümlü QHT-lər tərəfindən təxribatların ola biləcəyi barədə
xəbərdarlıq etmişdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415