“Biz xəritədə yoxuq?” - Şulaveridə yaşayan 50 ailə yolların bərpasının həsrətində
Marneuli bələdiyyəsinin Şulaveri kəndində sakinlər daxili yolların bərpasını tələb edirlər.

Şulaveri sakini Manana Tsomaia bildirir ki, 20 il əvvəl Marneuliyə gəlib və qeyri-gürcüdilli məktəbdə gürcü dilini tədris edir.

Sakinlər illərdir, yolda hərəkət etməkdə çətinlik çəkirlər. Müəllimin dediyinə görə, bir həftədir, yollara çınqıl töküblər, ancaq ərazini təmizləməyiblər.

“Baxın, buraları necə qoyub gediblər. Yollara böyük vəsait ayrılıb. Bundan
insanlar üçün niyə istifadə etmirlər, niyə toz içində, palçıqda yaşamalıyıq? Bu küçədə iki gün işləyirdilər, guya çınqılı düzəldiblər, amma baxın, düzəldilənə oxşayırmı? Yağış yağan kimi hamısı yenə dağılacaq. Belə necə yaşamaq olar? Kənddir, amma biz də adamıq”.


Həmin məhəllənin digər sakinləri də asfalt çəkilməsini tələb edirlər. Sakinlər bildirirlər ki, yağış yağanda vəziyyət daha da çətinləşir. Nə təcili yardım, nə yanğınsöndürən çağıra bilirlər. Palçıq və ya tozda hərəkət etməli olurlar.

“Gətirib çınqıl töküblər. Evdə xəstə adam var, nə maşın girə bilir, nə təcili yardım. Sabah xəstəyə bir şey olsa, maşın necə gələcək? Dövətdən xahiş edirəm, bu yolu düzəltsinlər. Deyir, buranı düzədirik, buranı yox, səbəb nədir? Deyirlər, hara istəyirsiniz, şikayət edin. Marneuliyə gedəcəyəm, Tbilisiyə gedib şikayət edəcəyəm. Biz xəritədə yoxuq? Camaatın qapısına da asfalt çəkiblər, bizim yola baxın, nə gündədir. Belə olarmı? Yol çəksinlər, biz də mədəni yaşamaq, normal asfaltda gəzmək istəyirik”, – Rəna Sadıqova bildirir.

“Yolun düzədilməsini tələb edirik. Nə isə olsa, təcili yardım, yanğınsöndürən, heç nə gəlmir. Taksi də gəmir. Biz nə etməliyik? Hər yerdə düzəldirlər, bizdə yox, burada 3 ev var. Mənim oğlumun 23 yaşı var, o anadan olandan burada yaşayıram. Bu qədər vaxtdır, əziyyət çəkirəm. Dəfələrlə kənd müvəkkilinin yanına getdim, dedi, nə edim. Traktorlar gəlib düzəltdilər. Nə zamana kimi belə dağ başında olacağam? Bəlkə gecə xəstələnirəm, uşaq xəstələnir, təcili yardım da gəlmir, nə etməliyəm?” - Sevda İsmayılova bildirir.

“Marneuli” radiosu məsələni aydınlaşdırmaq üçün Şulaveri İnzibati Birliyində merin nümayəndəsi ilə əlaqə saxladı. Mahir Məmmədov bildirdi ki, yolara mütləq asfalt qatı çəkiləcək, ancaq konkret vaxt məlum deyil. Onun sözlərinə görə, elə yer var, texnika oraya qalxa bilmir və asfalt çəkilməsi nəzərdə tutulmayıb.

“Həmin ərazidə asfalt çəkiləcək. Dünən 4-5 qadın gəlmişdi. Onlara dedik ki, çınqıl tökülən yerlərə asfalt çəkiləcək. Texnika başqa küçədə işləyir, orada iş bitdikdə bu küçəyə keçəcəklər. Onlarn tələb etdiyi küçələrdə asfalt olacaq. Bir neçə günə başlayacaqlar. Bir az səbr lazımdır. Sizə müraciət ediblər, amma buraya gələndə dedik ki, hələ layihə hazırlanır, texnika işləyir. Çəkiliş zamanı da teznikanı görərdiniz. Biz onlara heç nə demədik, dedik ki, asfalt qatı olacaq. İndi texnika dağda yaşayan həmin qadının küçəsində işləyir. Oradan sonra layihədə nəzərdə tutulmayıb. Çünki bu qadının yaşadığı yer çox yüksəkdir və texnika hələlik oraya çıxa bilmir”, – Mahir Məmmədov bildirir.


Marneuli bələdiyyəsinin 2024-cü il büdcə layihəsinə əsasən, Şulaveri kəndində (keçmiş, Naxalovka məhəlləsində) yolun bərpası üçün 450 000 lari nəzərdə tutulub.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1