Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Abxaziya və
Cənubi Osetiyanın geri qaytarılmasını nəzərə alaraq ölkənin ərazi
bütövlüyünün dinc yolla bərpası tamamilə realdır.
Bu barədə İrakli Kobaxidze Gürcüstanın “İctimai Televiziyası”na
müsahibəsində deyib.
“1988, 1989 və hətta 1990-cı illərdə Sovet İttifaqının
dağılacağına heç kim inanmırdı, amma 1991-ci ilin sonunda dağıldı.
Çox şey konkret proseslərdən asılı olacaq. Hesab edirəm ki,
Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə
mümkündür ”, - deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya Gürcüstan vətəndaşları üçün vizasız rejimi
sadələşdirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415