DİN: Bildirişləri biz göndərmirik, aldanmayın
Oktyabrın 13-də Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayıb və orada bildirilir ki, bir sıra vətəndaşlar Daxili İşlər Nazirliyi adından anlaşılmaz məzmunlu mesaj aldıqları barədə agentliyə müraciət ediblər.

“Vətəndaşların məlumatlandırılması üçün Daxili İşlər Nazirliyi tərəfindən heç bir bildiriş göndərilmədiyini bildirmək istərdik və vətəndaşları aldanmamağa çağırırıq”, - deyə məlumatda bildirilir.

Daxili İşlər Nazirliyi mesajın nədən ibarət olduğunu dəqiqləşdirməsə də,
oktyabrın 12-də sosial şəbəkələrdə elektron poçta daxil olan, gürcü dilində yazılmış, “Məhkəmə qərarı” başlıqlı sənəd paylaşılıb. Bildirişə əsasən bunu alan şəxs Daxili İşlər Naziri Vaxtanq Qomelauri tərəfindən məhkəməyə çağırılır.

"Qeyd olunan fakt Daxili İşlər Nazirliyinin müvafiq xidməti tərəfindən araşdırılacaq", - DİN-in məlumatında deyilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ნოემბერი 2024 »»
28293031 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1