Avropa Şurası Konqresi Gürcüstanla bağlı tənqidi bəyannamə qəbul edib
Avropa Şurasının yerli və regional hakimiyyət orqanlarının Konqresi 10 əleyhinə 76 lehinə olmaqla Gürcüstanla bağlı bəyannamə qəbul edib.

Bəyannamə ilə Konqres Gürcüstanda cəmiyyətin qütbləşməsinin artması və Avropa Şurasının standartlarına uyğun gəlməyən qanunvericiliyin qəbulu ilə əlamətdar olan demokratik geriləmənin və insan haqlarının zəifləməsinin bariz əlamətlərindən . (xarici təsirin şəffaflığı və LGBT əleyhinə qanunlar) dərin narahatlığını ifadə edir.

“Konqres bir daha Gürcüstan hakimiyyətini insan hüquqlarına zidd olan qanunvericiliyi nəzərdən keçirməyə və cəmiyyətdə qütbləşməni dərinləşdirəcək, siyasi plüralizmi təhdid edəcək, insan hüquqlarını pozacaq və ya demokratiyanın əsaslarını sarsıdacaq bu cür hərəkətlərdən çəkinməyə çağırır. Bütün bunlar Gürcüstanda yerli özünüidarəetmə üçün zərərli olacaq. Gürcüstan demokratik konsolidasiya yoluna qayıtmalı və demokratik prinsiplərə və insan hüquqlarına hörməti
bir daha təsdiqləməlidir”,
- bəyanatda deyilir.

Bundan əlavə, Konqres Gürcüstan hakimiyyəti ilə konstruktiv siyasi dialoqu, o cümlədən parlament seçkiləri nəticəsində hökumət formalaşdıqdan sonra Konqresin təşkil etmək niyyətində olduğu yüksək səviyyəli səfərləri davam etdirməyə hazır olduğunu bildirir.

Bəyannamə layihəsində deyilir ki, öhdəliklərin yerinə yetirilməməsinə görə Gürcüstan hakimiyyəti Avropa Şurasının orqanları qarşısında cavabdeh ola bilər.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google