“Məncə, öz mövqeyini bildirən gənclər, vətəndaş
fəallarıdır”, - baş nazir İrakli Kobaxidze 20 oktyabr
mitinqinin iştirakçılarına lazer işıqları ilə maneçilik törədən
şəxslərlə bağlı suala cavab verərkən deyib.
Kobaxidze onların bəzilərinin “Gürcü Arzusu” gənclər təşkilatının
üzvləri olduğunu inkar etməyib və “Gürcü Arzusu”nun çoxsaylı
toplantılarında açıq şəkildə iştirak edənlərin olduğunu
bildirib.
“Partiya üzvləri onların bir hissəsi ola bilər, amma
vətəndaş fəallarıdır. İqor Narmania və digər milli fəallar sivil
fəal olduqlarına görə “Gürcü arzusu” gənclər təşkilatının üzvünün
vətəndaş fəalı olması niyə mümkün deyil? Bunlar vətəndaş
fəallarıdır. Onların vətəndaş mövqeyi var və bu vətəndaş mövqeyini
ifadə ediblər”, - Kobaxidze bildirib.
O, gənclərin hakim partiya tərəfindən göndərilməsini təkzib
edib.
Oktyabrın 20-də Aİ tərəfdarı yürüşdə çıxış edən prezident Salome
Zurabişvili və mitinq iştirakçılarının üzlərini “Monoqrafiya”
mehmanxanasının eyvanına toplaşan “Gürcü Arzusu” əlaltıları lazer
şüaları ilə işıqlandırıb.