Azərbaycanlı aparıcının Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi – “Stabillik Azərbaycan üçün də mühümdür”
Azərbaycanın televiziyası “ARB”-nin aparıcısı Xoşqədəm Hidayətqızı öz müəllif verilişində Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıları Gürcüstanda planlaşdırılan Parlament seçkilərində “Gürcü Arzusuna” səs verməyə çağırıb.

Aparıcı birbaşa partiyanın adını qeyd etməsə də, “Gürcü Arzusu” tərəfindən yayılmış, müharibə təhlükəsi ilə bağlı narrativi təkrar edib. O, Rusiya tərəfindən Ukraynada başlanılan müharibəni diqqətə yetirib, “Gürcü Arzusunun” seçkiqabağı banerlərində də bundan istifadə edirlər. Banerlərdə

qaydasında olan infrastruktur təsvir olunub və onu Rusiya tərəfindən dağıdılmış məktəblər, stadionlar, evlərin fotoları ilə müqayisə ediblər.

“Mən Gürcüstan vətəndaşı olan azərbaycanlı soydaşlarıma müraciət etmək istəyirəm”, – deyə aparıcı nitqinə başlayıb.

“Səs verməyə gedəndə sabitliyi, sülhü, müharibəsiz Gürcüstanı dəstəkləyin. Çünki müharibəsiz, dinc Gürcüstan Azərbaycan üçün vacibdir. Orada bizim soydaşlarımız yaşayır. Əgər orada vəziyyət qarışsa, bu sizin üçün də, bizim üçün də (Azərbaycan) pis olacaq. Ona görə də seçkilərə sayılı günlər qalıb və siz sabitliyi, müharibəsiz sülhü seçin. Ukrayna nümunəsini xatırlayın. Hakimiyyətə gəlməzdən əvvəl yayılan yalanlara inanmayın. İndi Gürcüstan necədir? Sabit, dinc, Ukraynadan fərqli”, – Xoşqədəm Hidayətqızı deyib.

"Gürcü Arzusu" partiyasından olan Marneuli Bələdiyyə Məclisinin üzvü Ömər İrişov Azərbaycan televiziyasının seçkiqabağı çağırışını paylaşıb.

“Şəffaflıq Gürcüstan” təşkilatının hüquqşünası Qiqi Çixladzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, Gürcüstanda xarici ölkə vətəndaşının seçkiqabağı təşviqatda iştirakı qadağandır və Seçki Məcəlləsinə əsasən, qanunu pozan şəxs 2000 lari həcmində cərimə edilir.



Azərbaycan nümayəndə heyəti Bolnisidə “Gürcü Arzusu”-nun seçkiqabağı görüşlərində iştirak edir (FOTO)



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google