Hökumət iclası başlayan zaman, baş nazir İrakli Kobaxidze
müxalifətin parlament seçkilərində məğlubiyyətə dözə bilmədiyini
bildirib.
Onun sözlərinə görə, Gürcüstanda konstitusiya quruluşunu heç kim
sarsıda bilməz.
“Müxalifət seçki məğlubiyyətinə dözə bilmir və onlarla
birgə fəaliyyət göstərən müvafiq QHT-lər, illər boyu öz maliyyə
şəffaflığının olmaması üçün mübarizə apardılar. İndi real səbəbləri
görürük. Bu qüvvələr yenidən konstitusiya quruluşuna qarşı çıxmağa
çalışırlar. Lakin hamı çox yaxşı bilir ki, dövlət öz yerindədir və
bu ölkədə konstitusiya quruluşunu heç kim sarsıda
bilməz,” - Kobaxidze qeyd edib.
Baş nazir hüquq mühafizə orqanlarına və Mərkəzi Seçki Komissiyasına
xüsusi təşəkkürünü bildirib.
“Seçkilər analoqu olmayan
sakit mühitdə keçirildi. Seçki günü də keyfiyyətcə sakit
keçdi,” - deyə o bildirib və əlavə edib ki, bir neçə
məntəqədə koordinasiyalı provokasiyalar baş verib, lakin nəticədə
Daxili İşlər Nazirliyi fəaliyyət göstərib.
İrakli Kobaxidze beynəlxalq müşahidəçilərə, o cümlədən ATƏT/ODİR
missiyasına təşəkkürünü bildirib.
“Biz seçki prosesini izləyən bütün beynəlxalq
müşahidəçilərə, xüsusilə də ATƏT/ODİR-ə xüsusi təşəkkür etməliyik,
çünki onların müşahidə prosesində xüsusi rolu olub. Əsas missiya
məhz ATƏT/ODİR-in missiyası olub. Biz gördük ki, bizə müxalif
olanlar, seçkilərlə bağlı ATƏT/ODİR-in verdiyi qiymətlərlə narazı
qaldı. Biz tez-tez müxalifət partiyalardan eşidirik ki, Avropa
tərəfdaşlarına gəldikdə tənqid belə yolverilməzdir. Bu halda,
müxalifətimiz birbaşa əsas müşahidə missiyasına, ATƏT/ODİR-ə qarşı
çıxdı, çünki yekun hesabatı bəyənmədilər,” -
Kobaxidze əlavə edib.