Marneuli meriyası Sadaxlıda yerləşən körpünün bərpası üçün 1 281
841 lari dəyərində tender elan edib.
Marneuli meriyası Sadaxlı kəndində Bənövşə çayının üzərindəki
avtomobil körpüsünün sökülməsi və yeni körpünün tikilməsi ilə bağlı
tender elan edib. Təxmini alış qiyməti 1 281 841 00 laridir.
Tender sənədində göstərilir ki, körpünün dayaqlarını çay aparıb, bu
da onlara ziyan
vurub. Artıq iki dayaq uçub, orta dayaq isə yarıya
qədər havada qalıb, nəqliyyat vasitələrinin hərəkəti qadağan
edilib. Körpü bərpa olunacaq vəziyyətdə deyil.
Qalib şirkət müqavilə imzalandıqdan sonra 180 gün ərzində işləri
başa çatdırmalıdır. Layihə tamamilə dövlət tərəfindən
maliyyələşdirilir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 9-11 noyabr tarixində öz
təkliflərini təqdim edə bilərlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415