Parlamentin Avrointeqrasiya komitəsinin sədri Maka Boçorişvili
Avropa Komissiyasının genişlənmə ilə bağlı hesabatına cavab verib
və iddia edir ki, Avropaya inteqrasiyanın dayandırılması ilə bağlı
deyilənlər əsassızdır.
Boçorişvilinin adından yayılan bəyanatda oxuyuruq ki, Avropa
İttifaqı Gürcüstanın bir sıra istiqamətlərdə irəliləyişini müsbət
qiymətləndirir. Bununla belə, parlamentari 2023-cü ildə alınan 9
tövsiyə barədə heç nə demir ki, onların icrasında Brüsselin
fikrincə,
Tbilisi irəliləyiş əldə etməyib və “de-fakto, Avropa
İttifaqına qoşulma prosesi dayandırılıb”.
"Biz hər bir tövsiyəni diqqətlə öyrənəcəyik, onları
dərindən təhlil edəcəyik və Avropa İttifaqı ilə assosiasiya üzrə
fəaliyyət planının gələcək icrası prosesində mümkün qədər nəzərə
alacağıq", - Boçorişvili vəd edir.