İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Mançester
Siti"də çıxış edən Erlinq Holannı 200 milyon avroya ala
bilər.
Bu barədə "Defensa Central" nəşri məlumat yayıb.
Bildirilib ki, "şəhərlilər"ə yaxın zamanlarda maliyyə pozuntularına
görə sanksiya tətbiq olunarsa, 24 yaşlı hücumçu komandanı tərk
edəcək.
İngiltərə çempionu aşağı liqaya göndərilsə, norveçli forvardı
satmağa məcbur qalacaq.
Belə olacağı təqdirdə "Real"ın prezidenti
Florentino Peres onun
üçün 200 milyon avro təklif edəcək. Əks halda Holannın "Mançester
Siti"dən ayrılması mümkünsüz hesab edilir.
Qeyd edək ki, hücumçu cari mövsüm klubunda keçirdiyi 14 oyunda 14
qol vurub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415