Çərşənbə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müzəffər
kimi
Vaşinqtona qayıdaraq, son dörd ildə ilk dəfə Ağ Evə daxil oldu və
vəzifəsinin müddətinin bitməsinə iki ay qalan prezident Co Baydenlə
görüşdü.
Trampla görüş Baydenin dəvəti ilə keçirilir. Bu ənənə Amerika
demokratiyasında hakimiyyətin cari ABŞ liderindən yeni liderinə
dinc yolla ötürülməsi nümayişidir.
"Dediyimiz kimi, rəvan bir
keçidin olmasını səbirsizliklə
gözləyirik. Yerləşməyiniz üçün ehtiyacınız duyulan hər şeyin
edilməsi üçün əlimizdən gələni edəcəyik", Bayden Trampı
salamlayarkən dedi və əlavə etdi ki, "xoş gəldin, yenidən xoş
gəldin".
Tramp isə öz növbəsində Baydenə təşəkkür etdi.
"Siyasət sərtdir və çox hallarda gözəl dünya deyil. Amma bu gün
gözəl dünyadır. Mən bu rəvan keçidi çox yüksək qiymətləndirirəm”,
deyə yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp
bildirib.
Salamlaşmadan sonra jurnalistlər sual verməyə çalışsalar da, onları
tez bir zamanda otaqdan çıxardılar.
Baydenlə Tramp arasında görüş siyasi gərginlə boldur.
Cari prezident Trampa yenidən qalib gələrək, yeni müddətə prezident
seçilmək niyyətində idi. Amma ikisinin arasında canlı debat zamanı
Bayden zəif performans göstərdikdən sonra seçkidən geri çəkilərək,
vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəklədi. Keçən
həftə keçirilən seçkilərdə Tramp yeddi mühüm ştatda üstünlük əldə
edərək, rahatlıqda Harrisə qalib gəldi.
2020-ci ildə Bayden Trampa qalib gələndə, Tramp inauqurasiyadan
öncə Baydeni Ağ Evə dəvət etməmişdi və yeni prezidentin
inauqurasiyası səhəri paytaxtı tərk etmişdi.
Tramp bu günə qədər 2020-ci il seçkilərində saxtakarlıq nəticəsində
məğlub olduğunu iddia edir. O, Endryü Consonun Ulisses Qrantın
andiçmə mərasimini buraxmasından bəri, inauqurasiyada iştirak
etməmiş yeganə prezidentdir.