Avropa Komissiyasının vitse-prezidenti Margaritis Şinas bildirir
ki, 26 oktyabrda keçirilmiş parlament seçkiləri Avropa İttifaqına
üzvlük namizədi olan ölkənin standartlarına uyğun deyil.
"Bu seçkilər, Avropa İttifaqına üzvlük namizədi olan
ölkədən gözlənilən standartlara cavab vermir. Hakimiyyət
qeyri-bərabər vəziyyətdən, öz resurslarından və müharibə
qorxusundan istifadə edərək, özünü müharibənin qarşısını ala
biləcək yeganə qüvvə kimi təqdim edib," – deyə o qeyd
edib.
Şinasın sözlərinə görə, "Gürcü Arzusu" partiyası ölkənin Avropa
İttifaqı yolunda irəlilədiyi barədə dezinformasiya yayır.