Avropa Parlamentinin üzvü Marketa Qreqorova bildirir ki,
Gürcüstanda keçirilən parlament seçkilərində şəxsən saxtakarlıq
faktlarına şahid olub.
"Mən şəxsən manipulyasiya, səsvermə bülletenlərinin
saxta şəkildə atılması, eləcə də seçicilərin məxfiliyinin pozulması
və onların təhdid edilməsi hallarını gördüm.
Bu seçkiləri ədalətli hesab edə bilmərik. Pozuntuların
araşdırılması və məsul şəxslərin cəzalandırılması
vacibdir," – deyə Qreqorova Avropa Parlamentində
keçirilən debatlarda bildirib.