Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi
Ermənistan və Azərbaycan arasında vasitəçi
rolunu oynamağa hazırdır, əgər tərəflər belə bir istək nümayiş
etdirsələr.
“Əgər maraq olarsa ki, Gürcüstan məsələn, vasitəçi
rolunu oynasın və ya danışıqlar prosesinə daha fəal şəkildə
qoşulsun, biz həmişə bu hazırlığımızı ifadə etmişik. Bu gün də bu
hazırlıq mövcuddur. Əgər müvafiq maraq olarsa, biz iki qonşu
ölkəmizə kömək və dəstək təklif etməyə hazırıq”, –
Kobaxidze bu barədə İctimai Yayım şirkətinə müsahibəsində
bildirib.
Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan müxtəlif
formatlarda sülh müqaviləsi üzərində fəal müzakirələr aparırlar.
Tərəflər arasında Tbilisidə danışıqlar hələlik gündəlikdə olmayıb,
lakin Tbilisinin vasitəçi rolunu təklif etməsi ilə bağlı
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili də tez-tez
danışıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415