"Hər kəsi salamlayıram!
Mən bu gün ürəyi ağrıyan Gürcüstan cəmiyyətini salamlayıram. Bu gün
bizim hər birimizin ürəyi ağrımalıdır, çünki bu gün Gürcüstan
parlamenti artıq mövcud deyil. Gürcüstan parlamenti və ya hakim
partiya Konstitusiyanı ayaqlar altına aldı. Onlara çox yazığım
gəlir!
Ən çox isə Kobaxidzeyə yazığım gəlir. O Kobaxidzeyə ki,
Konstitusiyanın müəllifidir. Görünür, bəzi şeyləri nəzərə
almadı,
yoxsa Konstitusiyanı ayaqlar altına aymazdı.
Bu gün donmuş üzlə oturan bütün deputatlara yazığım gəlir, çünki
onlar bilirlər ki, onlar özləri saxtalaşdırılmış seçkilərin
nəticələridir. Onlar bilirlər ki, neçə ay, həftə bilmirəm, bu zalda
bağlı qalacaqlar. O zalda ki, heç bir hüquqları yoxdur.
Yazığım gəlir o Gürcüstana ki, burada insanlar bir-birini bugünkü
kimi salamlamaqla qarşılayırlar. Bizim gördüyümüz görüntülər
utancvericidir və tarixdə rüsvayçı bir səhnə kimi qalacaq.
Amma sizə yazığım gəlmir. Bizim cəmiyyətimizə yazığım gəlmir, çünki
cəmiyyət oradadır, olmalı olduğu yerdədir və zamanında
oradadır!
Gənclərimizə yazığım gəlmir, çünki gələcək onların əlindədir və
hazırlaşmalıdırlar ki, yalnız gələcəkdə deyil, çox tezliklə bu
ölkənin idarəçiliyini də öz əllərinə almalıdırlar. Gördüyümüz
budur: sizin vaxtınız gəlib çatıb. O köhnə zaman, bu günkü
Parlamentdə əks olunan dövr artıq bitib.
Yeni nəsil və yeni siyasi qüvvələrin bu ölkədə görünməsi zəruridir,
çünki çox yaxın zamanda yeni seçkilər keçiriləcək. Bu seçkilər
artıq Kalandarişvilinin forması ilə deyil, azad və ədalətli şəkildə
baş tutmalıdır.
Bu vaxt artıq yaxınlaşır!
Bu gün bizim əsas vəzifəmiz haradasa hər gün dayanmaq deyil. Əsas
vəzifəmiz hazırlıqdır. Əgər hazırlaşsaq, özümüzə güvənməliyik,
tərəfdaşlarımıza güvənməliyik. O tərəfdaşlarımıza ki, Gürcüstanı
tərk etməyə hazır deyillər; biz inanmalıyıq ki, bu ölkənin gələcəyi
bizimdir – hamımızındır! ...və mən Strasburqa getmək qərarına
gəlsəm, əvvəlcədən sizə xəbər verəcəyəm: nə üçün gedirəm, kiminlə
görüşəcəm, nə edəcəm və necə qayıdacam.
Burada olacağam və birlikdə yeni seçkilərə hazırlaşacağıq!"