“Gürcü arzusu”nun prezidentliyə namizədi Mixeil Kavelaşvilidir
“Gürcü arzusu”nun prezidentliyə namizədi Mixeil Kavelaşvilidir.
Partiyada keçirilən brifinqdə onu fəxri sədr Bidzina İvanişvili
təqdim edib.
2022-ci il iyulun 26-da Gürcüstan parlamenti “İnformasiya
Azadlığının İnkişafı İnstitutu” qeyri-hökumət təşkilatına bildirib
ki, “Gürcüstan Parlamentinin deputatı Mixeil Kavelaşvilinin
təhsilini təsdiq edən sənəd təqdim edilməyib və buna görə də
Parlamentin aparatında saxlanmır”.
Mixeil Kavelaşvili
(D.t. 22 iyul 1971, Bolnisi) – keçmiş gürcü futbolçu və siyasətçi,
Gürcüstan milli futbol komandasının sabiq hücumçusu. 2016-cı ildən
Gürcüstan Parlamentinin üzvüdür. 2024-cü ilin 20 martından “Xalqın
Gücü” partiyasının siyasi katibi vəzifəsini tutur.
Bioqrafiya
1989-cu ildə Mixeil Kavelaşvili Tbilisi Dövlət Universitetinin
İqtisadiyyat fakültəsinə qəbul olunub, lakin 1990-cı ildən etibarən
uğurlu idman karyerasına başlayıb.
1988–1995: “Dinamo Tbilisi”;
1994–1995: “Alaniya-Vladikavkaz”;
1995–1997: “Mançester Siti”;
1997–1999: “Qrashoppers”;
1999–2002: “Zürix”;
2002–2003: “Lüsern”;
2003–2004: “Sion”;
2004–2005: “Aarau”;
2004: “Alaniya-Vladikavkaz”;
2005–2006: “Qazel”.
Kavelaşvili 2006-cı ildə İsveçrədə C kateqoriyalı məşqçilik
lisenziyası alıb. 2009-cu ildən FIFPro-nun Gürcüstandakı filialının
təsisçisi və fəxri prezidenti olub. O, eyni zamanda Gürcüstan
İctimai Televiziyasında futbol üzrə ekspert kimi çalışıb və bir
sıra nəşrlərin müəllifidir.
2016–2020: Gürcüstanın 9-cu çağırış Parlamentinin üzvü (Tbilisi,
Sanzona dairəsi).
2020-ci ildən: 10-cu çağırış Parlamentin üzvü (Tbilisi,
Nadzaladzevi dairəsi).
2022-ci ilin 28 iyununda Sozar Subari və Dmitri Xundadze ilə
birlikdə “Gürcü Arzusu” partiyasını tərk edib. Partiyanın
məlumatına görə, qərar ictimai məlumatlarla bağlı məsələlərə dair
fikir ayrılığı ilə əlaqəli idi.