“Gürcü arzusu” mitinqlərdə pirotexniki vasitələrdən istifadəni
qadağan etməklə yanaşı,
nümayişçilərə lazerdən istifadəni qadağan etmək istəyir. Bu
təşəbbüslə parlamentdə hüquq məsələləri komitəsinin iclasında
partiyanın deputatı Arçil Qorduladze çıxış edib.
Parlamentin legitimliyi səddini keçən dörd partiya və prezident
tərəfindən tanınmır. Sessiyalarda yalnız “Gürcü arzusu” iştirak
edir.
“Təcrübə göstərdi ki, toplanışlar zamanı lazerlərdən
istifadə etmək adi haldır... Bu lazerlər çox vaxt müşahidəni təmin
edən müxtəlif kameralarda işıq saçmaq üçün istifadə olunur. Bu
zaman asayiş keşikçilərinin lazerlər yandırıldığı zaman öz
fəaliyyətlərini həyata keçirmək imkanı az olur. Biz təklif edirik
ki, toplantılar zamanı lazerlərə icazə verilməsin”, -
“Gürcü Arzusu” partiyasının üzvü Arçil Qorduladze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415