Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qurucusu
və fəxri sədri Bidzina İvanişvili “Bloomberg” nəşrinin
milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb. Onun sərvəti 7,73
milyard dollar təşkil edir.
Nəşrin məlumatına əsasən, ilin əvvəlindən 9 noyabr tarixinədək
milyarderin sərvəti 1,13 milyard dollar artıb. Nəşrin siyahısında
ümumilikdə 500 milyarder yer alıb.
“Bloomberg”in qiymətləndirməsinə görə, İvanişvilinin sərvətinin
böyük hissəsi səhmlər,
sabit gəlirli aktivlər və nağd vəsaitlər,
alternativ investisiyalar və əmtəələrdən ibarətdir. Bundan əlavə,
partiyanın fəxri sədri 1 milyard dollarlıq incəsənət əsərləri
kolleksiyası toplayıb.
B.İvanişvili öz sərvətini 1990-cı illərdə Rusiyada qazanıb və daha
sonra Gürcüstana köçüb, burada uzun müddət xeyriyyəçilik fəaliyyəti
ilə məşğul olub. 2011-ci ildə o, siyasətlə məşğul olmaq niyyətini
açıqlayıb və "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını
qurub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415