"Tituşka" termini haradan gəlir?
Hakimiyyət tərəfindən idarə olunan və müxalifətə, mediaya hücum edən maskalı və aqressiv şəxsləri niyə “tituşka” çağırırlar?

Bu materialda bu terminin haradan və necə gəldiyini sizə qısaca izah edəcəyik.

Ukraynanın "xalq" lüğətinin tərifinə görə, "Mislovo" [adi istifadəçilər tərəfindən redaktə olunur]:

"Tituşkalar" — həddindən artıq vətəndaş fəallığının olduğu yerdə görünən atletik kişilər. Bu söz cəm halında istifadə olunur, çünki "tituşkalar" yalnız qruplarda hərəkət edə bilər. Seçkilər öncəsi əmək bazarında “tituşka”ya tələbatda mövsümi artım müşahidə olunur.

Termin yenidir - onun cəmi 12 yaşı var.

Hər şey Ukraynada, Viktor Yanukoviçin prezidentliyi dövründə - 18 may 2013-cü ildə başladı. Daha sonra Kiyevdə keçirilən etiraz aksiyaları zamanı idmançı Vadim Tituşko müxalifət nümayəndələri və hadisələri işıqlandıran jurnalistlərlə fiziki üz-üzə gəlib. O, həbs olunub, lakin sonradan həbsdən azad olunub və yalnız şərti cəza alıb. Onunla birlikdə bu prosesdə 50-yə yaxın insan iştirak edib.

Vadim Tituşkonun soyadından irəli gələn “Tituşka” termininin özü 2013-cü ilin noyabr-dekabr aylarında – etiraz hadisələri ilə birlikdə
istifadəyə verilib. Həm Ukrayna, həm də Rusiya mediası “tituşka” sözünü ilin ikinci ən populyar sözü elan edib. O vaxtdan Ukrayna və Rusiyada, eləcə də digər postsovet ölkələrində maskalıların aqressiv qrupları belə adlanır.

Gürcüstanda "tituşka" söznün sinonimi “zonder”dir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12