ABŞ Gürcüstan rəsmilərinə viza məhdudiyyəti qoyub
Gürcüstanda davam edən Avropayönümlü aksiyalar fonunda ABŞ Dövlət Departamenti Gürcüstanın daha iyirmi vətəndaşına, o cümlədən nazirlər, parlament üzvləri, hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətlərinin rəsmiləri və özəl vətəndaşlara viza məhdudiyyəti qoyub.

Onların kimliyi dəqiqləşdirilmir.

Dekabrın 12-də Dövlət Departamentinin saytında dərc edilmiş bəyanata görə, Gürcüstanda demokratiyanın pozulmasında günahkar və ya şərik olan şəxslərə viza verilməsi qadağan edilib.

Birləşmiş Ştatlar “Gürcü arzusu”nun Gürcüstan vətəndaşlarına, o cümlədən etiraz aksiyalarının iştirakçılarına, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət nümayəndələrinə qarşı qəddar və əsassız zorakılığını kəskin şəkildə pisləyir.

Dövlət Departamentinin fikrincə, “Gürcü arzusu” Gürcüstan xalqının əksəriyyətinin arzuladığı və Gürcüstan Konstitusiyasında nəzərdə tutulan Avro-Atlantik gələcəyinə arxa çevirib:

“Biz Gürcüstanda demokratiyanı sarsıdanlara cavab vermək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayırıq. Biz gürcü xalqı ilə birlikdə Avro-Atlantik birliyə möhkəm inteqrasiya olunacaq güclü, firavan və demokratik Gürcüstanı görmək istəyirik. Bizim bugünkü hərəkətlərimiz Amerikanın qətiyyətini nümayiş etdirir və indiyə qədər elan edilmiş, “Gürcü Arzusu” ilə əlaqəli 100-dən çox insana və onların ailə üzvlərinə təsir edən addımlara əlavədir”.

Amerika Birləşmiş
Ştatları 2024-cü ilin iyununda “Gürcü arzusu” hökumətinin nümayəndələrinə və onların ailə üzvlərinə qarşı Agentlər Qanunu qəbul edildikdən sonra viza sanksiyaları tətbiq edib.

Aylardır, sözdə Agentlər qanunu və “Gürcü arzusu” nümayəndələrinin saxta ittihamlarına əsaslanan anti-Qərb ritorikasına görə, ABŞ dəfələrlə Gürcüstan hökumətini Avropa və Avro-Atlantik inteqrasiya yoluna qayıtmağa çağırıb və noyabrda Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12